lat. bifurkus – bölünmüş
Çayın, onun yatağının iki qola ayrılması və sonra ayrı-ayrılıqda eyni, yaxud müxtəlif hövzələrə tökülməsi.
Volqa çayının (Rusiya) aşağı hissəsində ondan Axtuba çayı ayrılıb təxminən 540 kilometrdən sonra müstəqil surətdə Xəzər dənizinə tökülür. Venesuelada isə Kasikyare çayı mənbəyini Orinoko çayından götürsə də, təxminən 330 kilometrdən sonra Riu-Neqru çayı ilə qovuşur. Bunlar Ç.B.-na klassik nümunələrdir.
Coğrafiya terminləri lüğəti