Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çox [çox] zərf

1. Sayca az olmayan; miqdarı artıq olan.Qar nə qədər çox yağsa, yenə yaza qalmaz. (Atalar sözü).
2. Az sürməyən, uzun müddət davam edən, uzun sürən; sürəkli.Çox and içənin andına inanmazlar. (Atalar sözü).
3. Tez-tez, bol-bol, çoxlu.Bakıda külək çox əsir.
4. Xeyli, artıq, artıq dərəcədə, olduqca.Çox görən çox istər, az görənin yadına da düşməz. (Atalar sözü).
5. Sifət və zərflərdən əvvəl gələrək onların mənasını qüvvətləndirir.Çox bərkdən danışmaq.
6. İsim kimi: çoxluq, əksəriyyət.Az çoxa tabedir.
7. İsim kimi: çoxları, çoxusu şəklində – əksəriyyəti, böyük qismi.Oruc vaxtı gələndə, çoxları qarın ağrısına düşər. (Atalar sözü).
8. Say kimi: xeyli.Çox adam.

See also:

frazeologizm: barıtını çox eləmək frazeologizm: bu xəmir hələ çox su aparacaq frazeologizm: çox bilsən, tez qocalarsan frazeologizm: çox çaylardan keçmək frazeologizm: çox deyib az eşitmək frazeologizm: çox görmək frazeologizm: çox qazanlarda qaynamaq frazeologizm: çox sular axıb frazeologizm: çox sular durulub frazeologizm: o vaxtdan çox sular axıb say: bir çox Azərbaycan dilinin izahlı lüğəti