1. Sayca az olmayan; miqdarı artıq olan. □ Qar nə qədər çox yağsa, yenə yaza qalmaz. (Atalar sözü).
2. Az sürməyən, uzun müddət davam edən, uzun sürən; sürəkli. □ Çox and içənin andına inanmazlar. (Atalar sözü).
3. Tez-tez, bol-bol, çoxlu. □ Bakıda külək çox əsir.
4. Xeyli, artıq, artıq dərəcədə, olduqca. □ Çox görən çox istər, az görənin yadına da düşməz. (Atalar sözü).
5. Sifət və zərflərdən əvvəl gələrək onların mənasını qüvvətləndirir. □ Çox bərkdən danışmaq.
6. İsim kimi: çoxluq, əksəriyyət. □ Az çoxa tabedir.
7. İsim kimi: çoxları, çoxusu şəklində – əksəriyyəti, böyük qismi. □ Oruc vaxtı gələndə, çoxları qarın ağrısına düşər. (Atalar sözü).
8. Say kimi: xeyli. □ Çox adam.
Həmçinin bax: