Dünya okeanında dəniz suyunun donması nəticəsində əmələ gələn bütün buz formalarının cəmi.
D.B.-nun başlıca xüsusiyyəti onun şor və məsaməli olmasıdır. Məhz şorluğuna görə orta duzluluğa malik dəniz suyu −1,8°C temperaturda donur. Bu buzun sıxlığı az olduğu üçün (0,85-0,94 q/sm3) onun 1/7-1/10 hissəsi su səviyyəsi üzərinə qalxır, qalanı suyun altında yerləşir. D.B. şirin su buzuna nisbətən daha elastikdir və asan parçalanır. Dənizin buzluluq dərəcəsi 10 ballıq sistemlə ölçülür: 0 bal – tam açıq dənizə, 10 bal – tam buzla örtülü dənizə uyğun gəlir.
Coğrafiya terminləri lüğəti