Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dənli bitkilər

Kənd təsərrüfatı məhsulları istehsalını, sənayenin bir sıra sahələrini xammalla təchiz edən, dən verən bitkilər.

D.B. insanları ərzaqla, heyvanları yemlə, kimya sənayesini yağlarla və s. ilə təmin edir. D.B. taxıl bitkiləri və dənli-paxlalı bitkilər qruplarına bölünür. Taxıl D.B.-inə buğda, arpa, çəltik, qarğıdalı, çovdar, darı, qarabaşaq, vələmir (yulaf), dənli-paxlalı bitkilərə isə noxud, lobya, mərci, paxla və s. aiddir. Dünyada D.B.-in ən çox əkildiyi ölkələrə Rusiya Federasiyası, ABŞ, Çin, Kanada, Ukrayna, Qazaxıstan və s. daxildir.

Coğrafiya terminləri lüğəti