Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

diaspora

yun. diaspora – səpələnmə

Xalqın, etnosun mənşə etibarilə bağlı olduğu ölkədən, tarixi vətənindən kənarda yaşayan hissəsi.

D., sadəcə, fərdlərdən ibarət deyil, onun formalaşması üçün xalqın xaricdəki nümayəndələrinin yaşadıqları ölkədə həmrəylik nümayiş etdirməsi, bir-biri və vətənləri ilə sıx əlaqə yaratması, öz milli kimliklərini, mədəniyyətlərini qorumaq üçün sosial institutlar yaratması vacibdir. Əksər ölkələr üçün D. ilə əlaqə xarici siyasətin mühüm istiqamətlərindən biridir. D. tarixi vətəninin iqtisadi və mədəni inkişafında dəyərli rol oynaya və onun xaricdə siyasi-iqtisadi maraqlarının ifadəçisi kimi də çıxış edə bilər.

Coğrafiya terminləri lüğəti