fransız geoloqu D.Dolomyönün şərəfinə adlandırılmışdır
1. Karbonatlar qrupuna aid süxur əmələ gətirən mineral.
Triqonal sinqoniyada kristallaşır. Rombik kristallar, iri, xırda və gizli kristallik aqreqatlar əmələ gətirir. Saf D. rəngsiz və ya şəffaf ağ olur. Sarımtıl, bozumtul-ağ, yaşılımtıl, qırmızımtıl-qonur və s. rəngli D.-lər də məlumdur. Şüşə parıltılıdır.
2. Dolomit mineralı (90% və daha çox) və kalsitdən ibarət çökmə süxur.
Süxurda 50-90% D. mineralı olduqda əhəngli D., bundan az olduqda isə dolomitləşmiş əhəngdaşı adlanır. D.-lərin çoxu ekzogen mənşəlidir. Onlar dəniz, laqun və dənizlərlə əlaqəsi olmayan şorlaşmış göllərdə suyun yüksək duzluluğu şəraitində əhəngli lilin diagenetik dəyişməsindən əmələ gəlir.
Coğrafiya terminləri lüğəti