Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

düzənlik

Yer səthinin hamar, nisbi hündürlük fərqi 200 m-dən çox olmayan az dalğalı və azmeyilli (50-dək), yekcins geoloji quruluşa malik sahəsi.

D. quruda ən geniş yayılmış relyef formasıdır – o, materiklərin 20%-ni təşkil edir. Dəniz səviyyəsindən hündürlüyünə görə (mütləq hündürlük) D.-lər tiplərə bölünür. Ovalıqların mütləq hündürlüyü 200 m-ə qədər olur, dəniz səviyyəsindən aşağı çökəkliklər də bura daxildir (məsələn, Xəzərsahili ovalıq). Yüksəklik D.-lərinin mütləq hündürlüyü 200 m-dən 500 m-ə qədərdir (məs.: Orta rus yüksəkliyi). Yaylalar isə mütləq hündürlüyü 500 m-dən artıq ərazilərdə yerləşir (məsələn, İran yaylası). Sualtı D.-lərə şelflər, abissal D.-lər və dəniz dibinin hamar sahələri misal ola bilər. Mənşəyinə görə D.-lər akkumulyativdenudasiya D.-lərinə bölünür. Əlverişli təbii şəraitinə görə dünya əhalisinin əksər hissəsi D.-lərdə cəmləşib.

Coğrafiya terminləri lüğəti