İslandiyada dəniz allahı Egirin adından
Piroksen qrupuna aid monoklinik sinqoniyalı mineral.
E. qələvi intruziv süxurları əmələ gətirən minerallardandır. Uzun prizmatik, sütunvarı və iynəvarı kristallar əmələ gətirir. Rəngi yaşılı-qara, yaşıl, açıq-yaşıl, bəzən qonur, qırmızımtıl-qonur olur. Rəngsiz E. də məlumdur. Şüşə parıltılıdır. Qələvi siyenitlərdə, peqmatitlərdə və qranitlərdə tapılır. Əsasən maqmatik, nadir hallarda metasomatik mənşəlidir.
Coğrafiya terminləri lüğəti