Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

əlvan metallurgiya

yun. metallurgeo – metal emal edirəm

Ağır sənayenin əlvan metalların və onların xəlitələrinin, habelə qiymətli metalların (qızıl, gümüş, platin) istehsalı ilə məşğul olan sahəsi.

Bəzi ölkələrdə bu cür metalların hasil edilməsi və onların yataqlarının istismarı da Ə.M.-ya daxildir. Bundan başqa, Ə.M. məhsullarına bir sıra kimyəvi birləşmələr, mineral gübrələr, tikinti materialları aiddir. İstehsal prosesi mürəkkəb olan Ə.M. sənayenin ən enerji tutumlu sahələrindəndir. Əlvan metallar isə dəmirdən və onun xəlitələrindən başqa, bütün metalların və xəlitələrinin ümumi adıdır. Onlar fiziki göstəricilərinə və bir çox xassələrinə görə fərqlənən ağır metallardan (mis, qalay, sink, qurğuşun, nikel, civə və s.) və yüngül metallardan (alüminium, titan, maqnezium və s.) ibarətdir.

Coğrafiya terminləri lüğəti