lat. emigrare – köçürülmə
1. İnsanın öz vətənini, daimi yaşadığı ölkəni siyasi, iqtisadi, yaxud şəxsi xarakterli səbəblər üzündən tərk edərək yaşayış üçün başqa ölkəyə köçməsi.
İşsizlik, aclıq, müharibə, etnik münaqişələr, milli, dini ayrı-seçkilik, siyasi repressiyalar, təbii fəlakətlər E.-nın başlıca səbəbləridir. E. vətəndaşlığın hökmən dəyişdirilməsini nəzərdə tutmur.
2. Öz vətənini, daimi yaşadığı ölkəni tərk edərək yaşayış üçün başqa ölkəyə köçmüş insanın vətəndən kənarda qaldığı yer və müddət.
See also:
Coğrafiya terminləri lüğəti