yun. echo – əks-səda + alm. lot – ağırlıq, qurğuşun yük
Suyun dərinliyini ölçən hidroakustik cihaz.
İlk belə cihaz XX əsrdə Böyük Britaniyada hazırlanıb. E. akustik impulsun suyun dibinə dəyib geri qayıtması üçün sərf olunan zamanın dərinlikdən asılılığı prinsipinə əsaslanır. Səs siqnalının suda yayılma sürəti saniyədə 1500 metrdir.
See also:
Coğrafiya terminləri lüğəti