Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fal[fal] isim ərəb

1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. □ Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı gözlənir. (Mir Cəlal).
2. Məcazi mənada: klassik ədəbiyyatda bəxt, tale mənalarında işlənmişdir. □ Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. (“Koroğlu”).

fal2 [fal] isim

Toyuğun başqa yerdə deyil, müəyyən olunmuş yerdə yumurtlaması üçün ora qoyulan yumurta. □ Yumurtlamadı, yumurtlamadı, falını bəs neylədi? (Atalar sözü).

fal3 [fal] isim

Dilim. □ Bir fal çörək.

fal4 [fal] isim hollandca

Yelkəni qaldırmaq üçün istifadə edilən kəndir.

See also:

frazeologizm: ağzı fal çıxmaq (olmaq) frazeologizm: fal açmaq frazeologizm: fal aparır frazeologizm: fala baxmaq frazeologizm: toyuq yumurtlamadı, yumurtlamadı, falını da yedi? Azərbaycan dilinin izahlı lüğəti