1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. □ Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı gözlənir. (Mir Cəlal).
2. Məcazi mənada: klassik ədəbiyyatda bəxt, tale mənalarında işlənmişdir. □ Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. (“Koroğlu”).
Toyuğun başqa yerdə deyil, müəyyən olunmuş yerdə yumurtlaması üçün ora qoyulan yumurta. □ Yumurtlamadı, yumurtlamadı, falını bəs neylədi? (Atalar sözü).
Dilim. □ Bir fal çörək.
Yelkəni qaldırmaq üçün istifadə edilən kəndir.
Həmçinin bax: