Fransız sözünün danışıqda işlənən variantı. (“Koroğlu” dastanının lüğəti)
Firəng şüşəsindən ağdı qolları,
Göyün ulduzuna bənzər xalları,
Saf güləbətintək siyah telləri,
Yayılanda dal gərdana yaraşır.
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”)
*
Koroğlu firəng oğlunun qollarını iplə möhkəm bağlayıb bir yabının üstünə qoydu. Sonra firəng oğlunun pərən-pərən düşmüş fərraşlarına hökm edib dedi... (Paris nüsxəsi, beşinci məclis)
Azərbaycan dastanlarının leksikası