lat. flexura – əyri, əyrilik, əyilmə
Monoklinal fonda çox dik yatmış süxur laylarından ibarət tektonik struktur; horizontal yatmış süxurların dirsək şəkilli əyilməsi.
Adətən, F.-ya birqanadlı qarışıq kimi də baxılır. Qanadın qalxmış və enmiş hissələrində laylar eyni, yaxud təqribən eyni (çox vaxt üfüqi) yatıma malik olur. Onları birləşdirən orta hissədə isə laylar adətən dik yatır. Qanadın qalxmış və enmiş hissələri arasındakı şaquli məsafə F.-nın amplitudası adlanır. Ən iri F. platformaların kənarlarında və sineklizlərin yamacında rast gəlir.
Coğrafiya terminləri lüğəti