lat. focus – ocaq, od yandırılan yer
1. Optik sistemin baş oxuna paralel istiqamətdə düşən işıq şüalarının həmin sistemdən keçdikdən sonra cəmləşdiyi nöqtə.
Hər optik sistemin qabaq və arxa fokusu olur. Televiziyada və kinoda təsvirin keyfiyyətli alınması, ilk növbədə, dəqiq fokus nöqtəsi tapılmasından asılıdır.
2. Təsvirin aydın göründüyü yer, nöqtə; məs.: fokusa düşmək.
3. Əsas götürülən, daim diqqət mərkəzində saxlanılan mövzu, cəhət, məqsəd; məs.: mövzunu fokusda saxlamaq.
4. Mövzuya yanaşma tərzi, baxış bucağı; məs.: müəyyən fokusdan baxmaq.
Jurnalistika terminləri lüğəti