Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fokus

lat. focus – ocaq, od yandırılan yer

1. Optik sistemin baş oxuna paralel isti­qamətdə düşən işıq şüalarının həmin ­sis­tem­dən keçdikdən sonra cəmləşdiyi nöq­­tə.

Hər optik sistemin qabaq və ­ar­xa fo­kusu olur. Televiziyada və kinoda təsvirin keyfiyyətli alınması, ilk növbədə, dəqiq fokus nöqtəsi tapılmasından asılıdır. 

2. Təs­virin aydın gö­ründüyü yer, nöqtə; məs.: fokusa düşmək. 

3. Əsas götürülən, daim diqqət mərkəzində saxlanılan mövzu, cə­hət, məqsəd; məs.: mövzunu fokusda sax­lamaq.

4. Mövzuya yanaşma tərzi, baxış bucağı; məs.: müəy­yən fokusdan baxmaq.

Jurnalistika terminləri lüğəti