Quru və su sahəsi üzərində hər hansı dövlətə aid olan fəza.
Dövlətin quru və su ərazisinin sərhəd xətti boyunca uzanan şaquli düz səth onun H.Ə.-nin sərhədini təşkil edir. Bu sahə dövlətin ərazisinə daxildir və onun tabeliyi altındadır. H.Ə.-nin hündürlüyü 110-130-km-ə qədərdir. H.Ə.-ndən istifadə qaydası müvafiq milli qanunvericilik, habelə beynəlxalq müqavilələrlə müəyyən edilir.
Coğrafiya terminləri lüğəti