Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya aclığı

1. Cəmiyyətdə kəs­kin informasiya çatışmazlığı.

Kollektiv surət­də dərk edilən İ.A., adətən, hər han­sı hadisə, yaxud konkret mövzu ilə əlaqə­dar olur; məsələn, təbii fəlakət zamanı dövlət or­qanları və KİV-in əhalini vaxtında xə­bər­dar etməməsi, təlimat­lan­dırmaması İ.A.-na səbəb olur, bu da şayiələrin artması ilə nəticələnir.

2. İnsanın informasiyaya olan daimi ehtiyacı, habelə bu ehtiyacı ödə­mək imkanı məhdudlaşan zaman ke­çirdiyi hiss.

İnsanlar qismən birbaşa ün­siyyət, daha çox texniki vasi­tələrlə (mobil telefon, kompüter və s.) ardıcıl informasiya mübadiləsinə alışırlar. Tədricən prosesin özü məlumatın xarak­terindən, növündən də mühüm əhəmiyyət kəsb edir. Bu pro­sesdə hər hansı səbəbdən fasilə yaran­dıqda İ.A. hiss ­olunur. Psixoloqlar İ.A.-nı sensor dep­riva­siyasının forması hesab edirlər. Sensor dep­rivasiyası – insanın his­siyyat orqanları xarici təsirdən məhrum edilərkən onun düşdüyü həyəcanlı vəziy­yət, haldır.

Jurnalistika terminləri lüğəti