fr. rayon – radius, şüa
Ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən böyük ərazi.
Regionlar təbii şəraitinə, ehtiyatlarına, tarixi inkişafına, əhalinin məskunlaşması səviyyəsinə və s. xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Bunlardan asılı olaraq hər hansı istehsal, yaxud xidmət sahəsini ölkənin müəyyən hissəsində inkişaf etdirmək başqa ərazilərə nisbətən səmərəli olur. Nəticədə ərazi-əmək bölgüsü formalaşır və bu bölgü təsərrüfatın ixtisaslaşma istiqamətlərini müəyyənləşdirən başlıca amil rolunu oynayır. 1995-ci ildə Azərbaycanda aparılan iqtisadi rayonlaşmaya, əsasən, respublika 10 iqtisadi rayona bölünüb: Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran, Lənkəran-Astara və Naxçıvan.
Coğrafiya terminləri lüğəti