1. Müəyyən fəaliyyət növlərinin, yaxud məhsul istehsalı və satışının ayrı-ayrı ərazilər, sahələr üzrə, həmçinin əhali qruplarının əlində cəmləşməsi.
Həmin fəaliyyət, yaxud ixtisas sahəsinin cəmləşdiyi ərazi ixtisaslaşma rayonu adlanır.
2. Fəaliyyət sahələri və növləri daxilində əməyin ictimai bölgüsu üsulu.
Məsələn, eyni məhsulun istehsalı, xidmətin göstərilməsi prosesinə çoxsaylı ixtisaslaşmış müəssisələr, işçilər cəlb edilə bilər.
3. Müəyyən biliklərin dərindən öyrənilməsi, fəaliyyətin konkret araşdırma sahəsində cəmləşdirilməsi.
Coğrafiya elminin özü bir çox ixtisaslaşmış elm sahələrinin kompleksindən ibarətdir.
Coğrafiya terminləri lüğəti