1. Çini, büllur, saxsı və ya metaldan qayrılmış ağzıgen qab. □ Mis kasa. Çini kasa. Kasaya xörək tökmək. Bir kasa su.
2. Tibb. Baş sümüklərinin, beyni əhatə edən yuxarı hissəsi. □ Beyin kasası.
3. Qaşıq və ona bənzər şeylərin çuxuru. □ Qaşıq kasası. Çömçə kasası. Tarın kasası.
4. Botanika. Açma dövründə çiçəyin xarici örtüsü; kasacıq. □ Kasasını açır zanbaq; Xoş bir ətir saçır zanbaq. (M.Dilbazi).
See also: