Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kasa [kasa] isim fars

1. Çini, büllur, saxsı və ya metaldan qayrılmış ağzıgen qab. □ Mis kasa. Çini kasa. Kasaya xörək tökmək. Bir kasa su.
2. Tibb. Baş sümüklərinin, beyni əhatə edən yuxarı hissəsi. □ Beyin kasası.
3. Qaşıq və ona bənzər şeylərin çuxuru. □ Qaşıq kasası. Çömçə kasası. Tarın kasası.
4. Botanika. Açma dövründə çiçəyin xarici örtüsü; kasacıq. □ Kasasını açır zanbaq; Xoş bir ətir saçır zanbaq. (M.Dilbazi).

Həmçinin bax:

frazeologizm: səbir kasası dolmaq (daşmaq) Azərbaycan dilinin izahlı lüğəti