Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

katolisizm

yun. katholikos – ümumi, hamıya aid olan

Xristianlığın, əsasən, Cənubi Avropa, Latın Amerikası ölkələrində, qismən Mərkəzi və Şərqi Avropada, Şimali Amerikada, digər ərazilərdə yayılmış ən böyük qolu, onun üç başlıca cərəyanlarından biri.

Katoliklərin mərkəzi Vatikan və vahid başçısı Roma papasıdır. K. eramızın I əsrində Roma imperiyasının qərb ərazilərində formalaşıb və 1054-cü ildə imperiya parçalandıqdan sonra xristianlığın şərq qolundan (pravoslavlıq) ayrılıb. K. Roma papasını kilsənin vahid rəhbəri kimi qəbul etməsi, habelə bir sıra doqmaları ilə (müqəddəs ruh haqqında, məhşər haqqında, müqəddəs Məryəmə xüsusi ehtiramla əlaqədar və s.) xristianlığın digər cərəyanlarından fərqlənir.

See also:

Coğrafiya terminləri lüğəti