Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kənd təsərrüfatı

Əsasən, əkinçilik və maldarlıqdan ibarət olan, əhalini ərzaqla, sənayeni xammalla təchiz edən maddi istehsal sahələrinin cəmi, iqtisadiyyatın mühüm tərkib hissəsi.

K.T.-na bitkiçilik, yemçilik, meyvəçilik, bağçılıq, südçülük, qoyunçuluq, quşçuluq kimi onlarca sahə daxildir. Əksər ölkələrin torpaqlarının böyük hissəsini K.T. torpaqları təşkil edir. Azərbaycanda torpaq fondunun yarıdan çoxu K.T. təyinatlı torpaqlardan ibarətdir. K.T. insanların ən qədim məşğuliyyət formalarındandır: onlar azı 10 min ildir ki, torpağı əkib-becərməklə məşğuldurlar.

Coğrafiya terminləri lüğəti