Reklam
Reklam

Etimologiya lüğəti

kərə1

Nehrə yağına kərə yağı deyirik. Türkmənlər nehrə əvəzinə, qöbe işlə­dir, “сли­воч­ное масло” ifadəsini də qöbe yağı kimi tərcümə edirlər. Zənn edi­­rəm ki, kərə yağı elə qöbe yağı ifadəsi kimi olub, tədricən qöbe kəlməsi kərə şəklinə düşüb. Fars dilində nehrə (маслобойка) sözünün mənası belə açılır: maşine kəreqari. Deməli, kərə məhz “nehrə” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

kərə2

Qulağı qısa (və ya kəsik) qoyuna kərə qoyun deyirik. Belə düşünürəm ki, kə­rə sözü gödə (gödək) sözünün təhrif olunmuş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti