Nehrə yağına kərə yağı deyirik. Türkmənlər nehrə əvəzinə, qöbe işlədir, “сливочное масло” ifadəsini də qöbe yağı kimi tərcümə edirlər. Zənn edirəm ki, kərə yağı elə qöbe yağı ifadəsi kimi olub, tədricən qöbe kəlməsi kərə şəklinə düşüb. Fars dilində nehrə (маслобойка) sözünün mənası belə açılır: maşine kəreqari. Deməli, kərə məhz “nehrə” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qulağı qısa (və ya kəsik) qoyuna kərə qoyun deyirik. Belə düşünürəm ki, kərə sözü gödə (gödək) sözünün təhrif olunmuş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti