lat. compensatio – əvəzini ödəmək
Okeanın, dənizin, gölün müəyyən sahəsində bu və ya digər səbəbdən aşağı düşmüş su səviyyəsini tarazlaşdırmaq üçün həmin sahəyə yönələn su axını.
Su hövzəsinin müxtəlif hissələrində səviyyə fərqi temperatur dəyişikliyi, küləklərin fəaliyyəti nəticəsində və s. səbəblərdən yarana bilər. Bu zaman həmin fərqi aradan qaldırmaq üçün su kütlələri hündür sahələrdən alçaq sahələrə doğru üfüqi hərəkətə keçir və K.C. əmələ gətirir.
Coğrafiya terminləri lüğəti