fr. contraste – əkslik
1. Kəskin təzad, fərq.
2. Fotojurnalistikada, televiziyada və kinematoqrafiyada: təsvirin ayrı-ayrı hissələri arasında rəng və parlaqlıq fərqi, habelə optik sistemin, yaxud foto və kinomaterialın bu fərqi əks etdirmək qabiliyyəti.
3. Əsərdə təsvir olunan predmet, hadisə və xarakterlərin müəyyən keyfiyyətlərini kəskin surətdə qarşı-qarşıya qoymaqla onların spesifik xüsusiyyətlərini qabarıq nəzərə çarpdırmaq üsulu.
Jurnalistika terminləri lüğəti