Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kontrast

fr. contraste – əkslik

1. Kəskin təzad, fərq.

2. Fotojurnalistikada, televi­ziyada və kinematoqrafiyada: təsvirin ayrı-ayrı hissələri arasında rəng və parlaqlıq fərqi, habelə optik sistemin, yaxud foto və kinomaterialın bu fərqi əks etdirmək qa­biliyyəti.

3. Əsərdə təsvir olunan predmet, hadisə və xarakterlərin müəyyən key­fiy­yətlərini kəskin surətdə qarşı-qarşıya qoymaqla onların spesifik xüsusiyyətlərini qabarıq nəzərə çarpdırmaq üsulu.

Jurnalistika terminləri lüğəti