yun. kon – birlikdə + yun. urbas – şəhər
Bir-birinə yaxın yerləşən və iqtisadi cəhətdən sıx əlaqədə olan təxminən eyni əhəmiyyətli şəhərlər qrupu.
K.-da vahid mərkəz olmur. Ən böyük K.-lara Almaniyada Rur çayı hövzəsi misal ola bilər. Burada cəmlənmiş 70-ə qədər şəhərin əhalisi 2014-cü il üçün 12 milyon nəfər təşkil edirdi. Niderlandda Randstad K.-sı ölkənin paytaxtı Amsterdam, dünyanın ən böyük limanlarından olan Rotterdam, bir sıra beynəlxalq hüquq mərkəzlərinin cəmləşdiyi Haaqa, digər şəhərlərdən ibarətdir. Bəzən şəhər aqlomerasiyalarını da K. adlandırırlar.
Coğrafiya terminləri lüğəti