1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin sıralarından hər biri; qat. □ Torpaq layı. Gil layı. Qumlu laylar.
2. Qat-qat görünən, sıx, qalın (bulud, tüstü, duman və haqqında). □ Toz layları. Duman layları.
3. Saylardan sonra “cərgə”, “sıra” mənasında işlədilir. □ İki lay ağac suladıq.
1. Bütöv, calaqsız, səlt. □ Lay divar. Lay dəmir.
2. "Kimi”, “təki” qoşmalarından əvvəl – boy-buxunlu, gövdəli, hündür, şaqqalı mənasında. □ ..Cavan, laytək oğlanı vurub yıxdılar yerə. (Ə.Haqverdiyev).
Açılıb-örtülən şeyin (qapının, pəncərənin) tərəflərindən hər biri; tay. □ Qapının bir layını açmaq. Pəncərənin laylarını örtmək.
See also: