Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

lay1 [lay] isim

1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin sıralarından hər biri; qat. □ Torpaq layı. Gil layı. Qumlu laylar.

2. Qat-qat görünən, sıx, qalın (bulud, tüstü, duman və haqqında). □ Toz layları. Duman layları.

3. Saylardan sonra “cərgə”, “sıra” mənasında işlədilir. □ İki lay ağac suladıq.

lay2 [lay] sifət

1. Bütöv, calaqsız, səlt. □ Lay divar. Lay dəmir.

2. "Kimi”, “təki” qoşmalarından əvvəl – boy-buxunlu, gövdəli, hündür, şaqqalı mənasında. □ ..Cavan, laytək oğlanı vurub yıxdılar yerə. (Ə.Haqverdiyev).

lay[lay] isim

Açılıb-örtülən şeyin (qapının, pəncərənin) tərəflərindən hər biri; tay. □ Qapının bir layını açmaq. Pəncərənin laylarını örtmək.

Həmçinin bax:

frazeologizm: lay bağlamaq coğrafiya: lay suları Azərbaycan dilinin izahlı lüğəti