Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mavi ekran

Məcazi mənada: televizor, te­leviziya ekranı. Uzun müddət televizorların əsasını «kineskop» deyilən elektron-şüa qurğusu təşkil edib.

Hər hansı səbəbdən təsvir itəndə kineskop qara ekranı sadəcə işıqlandırır, maviyəçalan rəngə boyayırdı. Xüsusilə yayımın ilk illərində televiziya siqnalı tez-tez kəsilirdi və belə hallar çox olur­du. Sonralar çatışmazlıqlar aradan qal­dırıldı, kineskoplu televizorlar plazma və maye kristal ekranlarla əvəz olundu, lakin M.E. adı qaldı.  

Jurnalistika terminləri lüğəti