Məcazi mənada: televizor, televiziya ekranı. Uzun müddət televizorların əsasını «kineskop» deyilən elektron-şüa qurğusu təşkil edib.
Hər hansı səbəbdən təsvir itəndə kineskop qara ekranı sadəcə işıqlandırır, maviyəçalan rəngə boyayırdı. Xüsusilə yayımın ilk illərində televiziya siqnalı tez-tez kəsilirdi və belə hallar çox olurdu. Sonralar çatışmazlıqlar aradan qaldırıldı, kineskoplu televizorlar plazma və maye kristal ekranlarla əvəz olundu, lakin M.E. adı qaldı.
Jurnalistika terminləri lüğəti