Xalqın adәt, әnәnә vә ayinlәrini əks etdirən, müxtəlif mәrasimlәr zamanı oxunan lirik nəğmələr.
İnsanların qədim həyat və məişəti, dünyagörüşü və etiqadları ilə bağlı olan nəğmələrdir. Mәrasim nәğmәlәrinin məzmunca müxtəlif növləri vardır. Onlardan ikisi daha geniş yayılıb: toy mərasim nəğmələri və yas mərasim nəğmələri. Elçilik, nişan, oğul evləndirmək, gəlin köçürməklə bağlı oxunan nəğmələr toy mərasim nəğmələri adlanır:
Qızılgülü biçmişəm,
Biçəndə and içmişəm.
Yüz gözəlin içindən
Təkcə səni seçmişəm.
Yas mərasim nəğmələri ölümlə, fəlakətlə bağlı nəğmələrdir, məzmununda qəm, kədər, iztirab əhvali-ruhiyyəsi güclü olur. Yas mərasim nəğmələri bayatı şəklində olur və el arasında onlara ağılar və ya edilər də deyilir:
Mən aşiq, qoşa dağlar,
Çatıb baş-başa dağlar.
Sizdə oğul itirdim,
Dönəsiz daşa, dağlar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti