Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mərasim nəğmələri

Xalqın adәt, әnәnә vә ayinlәrini əks etdirən, müxtəlif mәrasimlәr zamanı oxunan lirik nəğmələr.

İnsanların qədim həyat və məişəti, dünyagörüşü və eti­qadları ilə bağlı olan nəğmələrdir. Mәrasim nәğmәlәrinin məzmunca müxtəlif növləri vardır. Onlardan ikisi daha geniş yayılıb: toy mərasim nəğmələri və yas mərasim nəğmələri. Elçilik, nişan, oğul evləndirmək, gəlin köçürməklə bağlı oxu­nan nəğmələr toy mərasim nəğmələri adlanır:

Qızılgülü biçmişəm,

Biçəndə and içmişəm.

Yüz gözəlin içindən

Təkcə səni seçmişəm.

Yas mərasim nəğmələri ölümlə, fəlakətlə bağlı nəğmələrdir, məzmununda qəm, kədər, iztirab əhvali-ruhiyyəsi güclü olur. Yas mərasim nəğmələri bayatı şəklində olur və el arasında onlara ağılar və ya edilər də deyilir:

Mən aşiq, qoşa dağlar,

Çatıb baş-başa dağlar.

Sizdə oğul itirdim,

Dönəsiz daşa, dağlar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti