Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

mətəris

Çənbərək, Gəncə, Qazax

1. Hami, kömək.  Əli yetim qaldı, mətərisi olmadı, vaxdında oxumadı; Atam öldi, yetim qaldıx, dayım bizə mətəris oldu, bizi saxladı (Qazax).

2. Daldalanacaq; külək və soyuqdan qorunmaq üçün işlədilən şey.  Bir mətəris qoy, yel gəlməsin (Gəncə);  Selləmə yağış yağdı, boyl camahat mətəris tafdı daldalandı, yoxsa ısdanajıydı (Çənbərək).

Azərbaycan dilinin dialektoloji lüğəti