Çənbərək, Gəncə, Qazax
1. Hami, kömək. □ Əli yetim qaldı, mətərisi olmadı, vaxdında oxumadı; Atam öldi, yetim qaldıx, dayım bizə mətəris oldu, bizi saxladı (Qazax).
2. Daldalanacaq; külək və soyuqdan qorunmaq üçün işlədilən şey. □ Bir mətəris qoy, yel gəlməsin (Gəncə); Selləmə yağış yağdı, boyl camahat mətəris tafdı daldalandı, yoxsa ısdanajıydı (Çənbərək).
Azərbaycan dilinin dialektoloji lüğəti