Klassik Şərq poeziyasında hər bəndi 8 misradan ibarət şeir şәkli.
Birinci bəndin bütün misraları öz aralarında, sonrakı bəndlərin ilk 7 misrası birinci bəndlə qafiyələnir, 8-ci misra şeirboyu nəqərat kimi səslənir: a.a.a.a.a.a.a.a, b.b.b.b.b.b.b.a, c.c.c.c.c.c.c.a və s. Seyid Әzim Şirvaninin “Xoş ol zaman ki, yar mәnә hәmzәban idi” misraları ilә başlayan mәşhur müsəddəsinə İsmayıl bәy Nakamın yazdığı nəzirə müsəmmən şəklindədir:
Ol dəmdə kim ədəmdə vücudim nihan idi,
Birəng idim, qərargəhim binişan idi,
Şənim şükuhi qibtəgehi-qüdsiyan idi,
Zülfi-nigar mürği-dilə aşiyan idi,
Baği-səfadə bülbüli-can nəğməxan idi,
Cananə can, dilbərə dil mehriban idi,
Vəslətdə idi canü-könül, şadiman idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi...
***
İrdi zamani-zilləti-hicran ehtiqar,
Tərkib olundu qeydimə bu ünsüri hisar,
Bu məhbəsi-küduratə naçar edib güzar,
Nakam gəldim aləmi-nasutə xarü-zar,
Getdi əlimdən axır o rifət, o etibar –
Kim, bulmuş idim ərseyi-lahutdə qərar,
Bir Adəm idim onda, məqamım cinan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Müsəmmən Azərbaycan poeziyasında azişlənən şeir formasıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti