Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müsəmmən

Klassik Şərq poeziyasında hər bəndi 8 misradan ibarət şeir şәkli.

Birinci bəndin bütün misraları öz ara­larında, sonrakı bəndlərin ilk 7 misrası birinci bəndlə qafi­yələ­nir, 8-ci misra şeirboyu nəqərat kimi səslənir: a.a.a.a.a.a.a.a, b.b.b.b.b.b.b.a, c.c.c.c.c.c.c.a və s. Seyid Әzim Şirvaninin “Xoş ol zaman ki, yar mәnә hәmzәban idi” misraları ilә başlayan mәşhur müsəddəsinə İsmayıl bәy Nakamın yaz­dığı nəzirə müsəmmən şəklindədir:

Ol dəmdə kim ədəmdə vücudim nihan idi,

Birəng idim, qərargəhim binişan idi,

Şənim şükuhi qibtəgehi-qüdsiyan idi,

Zülfi-nigar mürği-dilə aşiyan idi,

Baği-səfadə bülbüli-can nəğməxan idi,

Cananə can, dilbərə dil mehriban idi,

Vəslətdə idi canü-könül, şadiman idi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi...

                              ***

İrdi zamani-zilləti-hicran ehtiqar,

Tərkib olundu qeydimə bu ünsüri hisar,

Bu məhbəsi-küduratə naçar edib güzar,

Nakam gəldim aləmi-nasutə xarü-zar,

Getdi əlimdən axır o rifət, o etibar –

Kim, bulmuş idim ərseyi-lahutdə qərar,

Bir Adəm idim onda, məqamım cinan idi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi. 

Müsəmmən Azərbaycan poeziyasında azişlənən şeir formasıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti