Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Ön Asiya

Asiyanın cənub-qərb hissəsində Kiçik Asiya və Ərəbistan yarımadaları, İran yaylası, Mesopotamiya ovalığı və Aralıq dənizinin şərq sahillərindən ibarət coğrafi ərazi.

Sahəsi təqribən 7,5 mln. km2-dir. Ö.A. iki böyük təbii vilayətdən – Ö.A. yaylasından və Cənub-Qərbi Asiyadan ibarətdir. Bura Qafqaz dağları, Kopetdağ silsiləsi, Əfqanıstan, İran, Cənubi Qafqaz ölkələri, Türkiyə, Kipr, İraq, Ərəbistan yarımadası ölkələri, həmçinin Misirin Sinay yarımadası daxildir. Region tropiksubtropik iqlim qurşaqlarında yerləşib. Ö.A.-nın əhalisinin əsas hissəsini türklər, ərəblər və farslar təşkil edir. Zəngin neft və təbii qaz ehtiyatlarından başqa, region ölkələri filiz, qiymətli daş və metal sərvətlərinə malikdir.

Coğrafiya terminləri lüğəti