Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

otlaq

Mal-qaranı otarmaq, habelə yem ehtiyatı hazırlamaq üçün istifadə edilən ot bitkiləri ilə örtülü geniş ərazi.

Təbii və süni O.-lar, öz növbəsində, ilboyu istifadə edilən və mövsümi O.-lara bölünür. Süni O.-lar ot toxumu səpmə və suvarma yolu ilə yaradılır. Ərazinin relyef və iqlim xüsusiyyətlərindən asılı olaraq yay və qış O.-ları fərqləndirilir. Azərbaycanda yay O.-ları alçaq və qismən orta dağlıq ərazilərdə, qış O.-ları isə düzənlik ərazilərdə yerləşir.

Coğrafiya terminləri lüğəti