Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

panoram

yun. pan – hamı + yun. horama – görünüş

1. Televiziyada, kinoda, fotoqrafiyada geniş mənzərələrin çəkiliş üsulu, həmçinin bu üsulla çəkilmiş səhnə.

P. çə­kiliş kamerasının üfüqi, şaquli və ya hər iki istiqamətdə hərəkəti vasitəsilə yaradılır, effekt isə müşahidəçinin başını qaldırması, yaxud çevirməsinə uyğun olur. P. tama­şa­çıda real məkan təsəvvürü formalaşdırır, bu üsuldan, əsasən, böyük ərazinin, ya­xud çoxlu iştirakçını əhatə edən səhnələrin çə­kilişi zamanı istifadə olunur. 

2. iri, yarım­dairəvi, yaxud tamaşaçıları hər tərəfdən əhatələyən ekranda nümayiş etdirilmək üçün xüsusi aparatlarla çəkilmiş fotoşəkil, televiziya və kino filmi. 

3. Böyük, adətən, tarixi hadisələri təsvir edən, dolğun xarak­terlərlə zəngin, müxtəlif epizodlardan iba­rət əsər. 

4. Mövzuya, hadisəyə, prob­lemə geniş, hərtərəfli yanaşma tərzi və belə ya­naşma nəticəsində ortaya çıxan səhnə.

Misal: «Qara Qarayevin adını daşıyan ­bu festivallar XX əsr musiqisinin geniş panoramını… təq­dim edir» («Qobustan» jurnalı).

Jurnalistika terminləri lüğəti