yun. pan – hamı + yun. horama – görünüş
1. Televiziyada, kinoda, fotoqrafiyada geniş mənzərələrin çəkiliş üsulu, həmçinin bu üsulla çəkilmiş səhnə.
P. çəkiliş kamerasının üfüqi, şaquli və ya hər iki istiqamətdə hərəkəti vasitəsilə yaradılır, effekt isə müşahidəçinin başını qaldırması, yaxud çevirməsinə uyğun olur. P. tamaşaçıda real məkan təsəvvürü formalaşdırır, bu üsuldan, əsasən, böyük ərazinin, yaxud çoxlu iştirakçını əhatə edən səhnələrin çəkilişi zamanı istifadə olunur.
2. iri, yarımdairəvi, yaxud tamaşaçıları hər tərəfdən əhatələyən ekranda nümayiş etdirilmək üçün xüsusi aparatlarla çəkilmiş fotoşəkil, televiziya və kino filmi.
3. Böyük, adətən, tarixi hadisələri təsvir edən, dolğun xarakterlərlə zəngin, müxtəlif epizodlardan ibarət əsər.
4. Mövzuya, hadisəyə, problemə geniş, hərtərəfli yanaşma tərzi və belə yanaşma nəticəsində ortaya çıxan səhnə.
Misal: «Qara Qarayevin adını daşıyan bu festivallar XX əsr musiqisinin geniş panoramını… təqdim edir» («Qobustan» jurnalı).
Jurnalistika terminləri lüğəti