lat. plebiscitum – xalqın qərarı < plebs – sadə xalq + scitum – qərar
1. Qədim Romada plebeylərin yığıncağı tərəfindən qəbul edilən qərarlar.
Belə ümumi qərarlar e.ə. V əsrdən etibarən çıxarılmağa başlayıb. Öncə P. senat tərəfindən təsdiq edilməyib və onun icrası yalnız plebeylər üçün məcburi olub. Lakin sonralar P. tədricən bütün əhali üçün məcburi qərara çevrilib. E.ə. III əsrin əvvəlində P. anlayışı “lex” (“qanun”) termini ilə əvəzlənib.
2. Ümumxalq səsverməsinin formalarından biri.
Adətən, müəyyən ərazinin taleyinin və digər lokal xarakterli məsələlərin həlli üçün vətəndaşlar arasında keçirilən sorğuya P. deyilir. Bəzi ölkələrdə (məs.: Fransada) P. məfhumu “referendum” sözünün sinonimi kimi işlənir, lakin onlar arasında müəyyən fərq qoyulur: P. yalnız yerli, lokal xarakterli, referendum isə ümummilli əhəmiyyətə malik məsələlərlə əlaqədar keçirilir.
Tarix terminləri lüğəti