Sublimasiya prosesində əmələ gəlmiş kiçik buz kristallarından ibarət olan atmosfer yağıntısı.
Q. dənəciklərinin diametri 2-4 mm, ağırlığı təxminən 0,005 qram olur, onlar daha çox havanın temperaturu -4°...-20°C arasında olarkən yaranır. Yağıntının intensivliyi görünüş məsafəsi ilə müəyyənləşdirilir. Görünüş məsafəsi 1 km-dən çox olanda Q. yüngül, 0,5-1 km olanda mülayim, ondan az olanda isə güclü sayılır. Güclü küləklə müşayiət olunan davamlı Q. çovğuna səbəb olur. Qısamüddətli, güclü Q. isə leysan Q. adlanır.
Coğrafiya terminləri lüğəti