Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qlobal istiləşmə

fr. global – ümumi

Yer kürəsində XX əsrin əvvəllərindən etibarən müşahidə edilən orta illik temperatur səviyyəsinin yüksəlməsi.

Planetin orta illik temperaturu dünyanın bütün meteostansiyalarının məlumatları əsasında hesablanır. Hesabatlar göstərir ki, 1905-ci illə müqayisədə növbəti yüzillikdə temperatur 0,86°C artıb. Tendensiyanın uzun müddət dəyişmədiyini nəzərə alsaq, bu, kifayət qədər ciddi fərqdir. Lakin artım eyni sürətlə baş vermir; məsələn, 1990-cı illərdə o, xeyli sürətlənib, 2000-ci illərdə, əksinə, yavaşıyıb. Dünya elmi Q.İ.-nin əsas səbəbini atmosfer tullantılarının çoxalmasında və sıxlaşan karbon qazının Yer ətrafında parnik effekti yaratmasında görür. Bu prosesin qarşısını almaq üçün əlavə mühəndis qurğuları (təmizləyici stansiyalar və s.) tikmək, iqtisadiyyatda böyük yeniliklər həyata keçirmək, məsələn, alternativ energetikanı inkişaf etdirmək planlaşdırılır. Ümumdünya Energetika Assosiasiyasının hesabatına görə, 2030-cu ildə alternativ energetikaya investisiya qoyuluşunun həcmi 400 mlrd. dollara çatdırılacaq ki, bu da atmosferə zərərli tullantıları ildə 1,1 mlrd. ton azaltmağa imkan verəcək.

Coğrafiya terminləri lüğəti