Qədim torpaqəmələgəlmə prosesində yaranmış və həmin dövrlərin müəyyən xüsusiyyətlərini özündə saxlamış torpaq.
R.T.-lar bir sıra hallarda sonrakı fiziki-coğrafi şəraitdə formalaşmış çöküntülərlə örtülü olur. Torpaqlarda dəmirli-manqanlı qatışıqların olması, buzlaq sahələrdən kənar torpaqlarda buzlaşma dövrünün əlamətlərinə rast gəlinməsi, torpaq humusunun tərkibinin müasir proseslərə uyğun gəlməməsi və s. reliktliyin göstəriciləridir.
Coğrafiya terminləri lüğəti